Arda Gülər “Real Madrid”dən ayrılır?

Arda Gülər “Real Madrid”dən ayrılır?

"Real Madrid"in türk futbolçusu Arda Gülər karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı “Ruhr24" yayıb.

Xəbərə görə, "Borussiya Dortmund" Ardanı mövsümün sonuna kimi icarəyə götürmək istəyir.

Qeyd edək ki, 18 yaşlı Arda "Real"a ötən ilin yayında "Fənərbağça"dan transfer olunub. O, ötən mövsüm Türkiyə çempionatında çıxdığı 20 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər