Arda Güler "Real" forması ilə vurduğu ilk qoldan danışdı

Arda Güler "Real" forması ilə vurduğu ilk qoldan danışdı

"Real Madrid"in türk yarımmüdafiəçisi Arda Güler "Kral klubu"nun heyətində vurduğu ilk qolu dəyərləndirib.

Fanat.Az xəbər verir ki, 19 yaşlı oyunçu belə danışıb: 

"Real"da oynadığım üçün xoşbəxtəm. Qol vurmağım məni sevindirir. Hazırda dünyanın ən yaxşı klubunun formasını geyinirəm. Çətin dönəmdə olsam da, sahib olduğum keyfiyyət və xarakter sayəsində problemləri geridə qoyacağıma inanıram. Bu mövsüm mənim üçün çox ağır alındı. Qol vurmağım əsl motivasiyadır. Ümid edirəm ki, bu qoldan sonra hər şey daha yaxşı olacaq".

Qeyd edək ki, İspaniya La Liqasının 28-ci turunda keçirilən "Real" - "Selta" görüşü Madrid təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollardan birinə Güler imza atıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər