Arda Gülər "Real"ı digər Avropa nəhənginə dəyişir?

Arda Gülər "Real"ı digər Avropa nəhənginə dəyişir?

"Real Madrid"in türk yarımmüdafiəçisi Arda Gülər bu ay iş yerini dəyişə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Don Balon" yayıb.

Məlumata görə, onun xidmətində yarımmüdafiə xəttini gücləndirmək istəyən PSJ maraqlıdır. Mənbə Paris təmsilçisinin baş məşqçisi Luis Enrikenin Ardanın komandasının oyun tərzinə uyğun gəldiyini düşündüyünü və bu keçiddə israrlı olduğunu vurğulayıb.

Daha öncə "Real"ın ispan çalışdırıcısı Xabi Alonsonun Gülərin mövqeyinə "Liverpul"da arzulanan performansı sərgiləyə bilməyən Florian Virtsi gətirməyi planlaşdırdığı barədə məlumatlar dərc edilib.

Qeyd edək ki, Arda 2023-cü ildən İspaniya nəhənginin uğurları üçün çalışır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər