Türkiyə millisinin Millətlər Liqasında Uelsə qarşı keçirdiyi səfər oyununda (0:0) zədələnən Arda Gülerin son vəziyyətinin nə yerdə olduğu bəllidir.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, "Real Madrid"in futbolçusunun aldığı xəsarət ciddi deyil və o, Millətlər Liqasının növbəti oyununda - İslandiya ilə matçda "ay-ulduzlular"a kömək edə biləcək.
Xatırladaq ki, rəqib futbolçu ilə toqquşan Arda son yarım saatını azlıqda keçirdikləri matçın 90-cı dəqiqəsində əvəzlənmişdi.