"Arda Güler heç mənimlə də müqayisə edilməməlidir" - Modriç

"Arda Güler heç mənimlə də müqayisə edilməməlidir" - Modriç

"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç komandanın türk vunderkindi Arda Güler barədə danışıb.

Fanat.Az xəbər verir ki, "Marca" xorvat ulduzun dediklərini belə çatdırıb:

"Güler xüsusi istedada malik, əla oğlandır. Təəssüf ki, zədə üzündən nəyə qadir olduğunu "Real" azarkeşlərinə göstərə bilməyib. Onu qarşıda parlaq karyera gözləyir. Arda "Real" tərəfdarlarına hələ çox sevinc bəxş edəcək. Gülerin məhz özü olmasına imkan yaradılmalı və o, heç kimlə müqayisə edilməməlidir. Heç mənimlə də".

18 yaşlı Güler "Real"a iyul ayında "Fənərbağça"dan transfer olunub. "Kral klubu"na 20 milyon avroya başa gələn futbolçu müddəti 2029-cu ilə qədər olan müqaviləyə imza atıb. O, zədə üzündən İspaniya nəhəngində debütünü reallaşdıra bilməyib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər