Arda Gülər ​əsrin rekordçusu oldu - VİDEO

Arda Gülər ​əsrin rekordçusu oldu - VİDEO

"Real Madrid"in türkiyəli yarımmüdafiəçisi Arda Gülər ​​İspaniya çempionatında "Rayo Valyekano" ilə matçda iki məhsuldar ötürmə edib. 

Fanat.Az xəbər verir ki, 19 yaşlı türk futbolçunun səyləri “Kral klubu”nun qələbə qazanmasına kömək etməsə də, o, 3:3 hesablı heç-heçə ilə başa çatan görüşdə rekord müəllifi olub.

"Opta"-nın məlumatına görə, Arda "Real Madrid"in 21-ci əsrdə belə göstəriciyə imza atan ən gənc oyunçusu olub. Matçın keçirildiyi vaxt yarımmüdafiəçi 19 yaş 293 günlük olub. 

Xatırladaq ki, bu mövsüm Arda Gülər ​​“Kral klubu”nun heyətində İspaniya çempionatında 13 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Gənc türk 2023-cü ildən "Real Madrid"də çıxış edir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər