"Real Madrid"in türk futbolçusu Arda Gülər karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Relevo" yayıb.
Xəbərə görə, türkiyəli yarımmüdafiəçi "Bayer Leverkuzen"in diqqət mərkəzindədir. Bundesliqa klubunun baş məşqçisi Xabi Alonso icarə əsasında oyunçunun transferini rəhbərlikdən tələb edib.
Qeyd edək ki, Arda "Real"a ötən ilin yayında, 20 milyon avro qarşılığında "Fənərbağça"dan transfer olunub.
Nahid Məmmədov