Arda Güler Almaniya klubuna keçə bilər

Arda Güler Almaniya klubuna keçə bilər

"Real Madrid"in türkiyəli yarımmüdafiəçisi Arda Güler karyerasını Almaniyada davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist Florian Plettenberq yayıb.

Xəbərə görə, Ardanın xidmətində Bundesliqanın son qalibi "Bayer Leverkuzen" maraqlıdır. Mənbə İspaniya nəhənginin 19 yaşlı futbolçunu bu qış heyətdə saxlamaq istədiyini, keçidin isə gələn ilin yayında reallaşa biləcəyini vurğulayıb. "Əczaçılar"ın Güleri hələ "Real"a keçməmişdən öncə, "Fənərbağça"da oynayandan diqqətə saxladığı açıqlanıb.

Qeyd edək ki, cari mövsüm "Kral klubu"nun forması ilə bütün turnirlərdə 17 matça çıxan Arda 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər