“Araz-Naxçıvan”ın ÇL oyunlarının təqvimi bəlli oldu

 “Araz-Naxçıvan”ın ÇL oyunlarının təqvimi bəlli oldu

UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldığı 6-cı qrupun oyunlarının təqvimi açıqlanıb. Fanat.Az xəbər verir ki, bu qrupun oyunların oktyabrın 28-də, 29-da və 31-də keçiriləcək.

Təmsilçimiz ilk matçda “Uraqan” (Ukrayna) klubu ilə üz-üzə gələcək. Ertəsi gün  “Yunayted Qalati” (Rumıniya) komandası ilə qarşılaşacaq Azərbaycan çempionu son turda “Liqeni” (Kosovo) ilə münasibətlərinə aydınlıq gətirəcək. Qeyd edək ki, 6-cı qrupun oyunları Ukraynada keçiriləcək. Yalnız qrup qalibi elit-raunda vəsiqə qazanacaq.

Mirağa

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər