Türkiyədə təlim-məşq toplanışında olan "Araz-Naxçıvan" növbəti yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Azər Bağırovun rəhbərlik etdiyi kollektiv toplanışda olduğu Ərzurumun yığma komandası ilə qarşılaşıb.
Görüş qolsuz heç-heçə ilə nəticələnib. Tərəflər mayın 4-də yenidən üz-üzə gələcəklər.
Qeyd edək ki, Region Liqası təmsilçisi ilk sınaq matçında "Yakutiyespor"a 4:1 hesabıyla qalib gəlib.
Mirağa