"Araz Naxçıvan"dan növbəti heç-heçə

"Araz Naxçıvan"dan növbəti heç-heçə

Ərzurum şəhərində təlim-məşq toplanışında olan "Araz- Naxçıvan" PFK növbəti yoxlama görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, komandanın bu dəfəki rəqibi Türkiyə yığmasının və "Qalatasaray"ın keçmiş futbolçusu Ümit Karanın baş məşqçisi olduğu "24 Erzincanspor" olub. 

Ötən oyunda olduğu kimi, "Araz- Naxçıvan" bu dəfə də meydanı "sülh"lə tərk edib - 3:3. "Qırmızı-ağlar"ın həyətində Söhrab Qoli Fəxrabadi (20-ci dəqiqə), Ayxan Həsənov (26-cı dəqiqə) və Bayraməli Qurbanov (48-ci dəqiqə) fərqlənib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər