"Araz Naxçıvan"dan heç-heçə

"Araz Naxçıvan"dan heç-heçə

Yeni mövsümə hazırlığın ikinci mərhələsini Türkiyənin Ərzurum şəhərində davam etdirən "Araz Naxçıvan" ilk yoxlama görüşünü keçirib. 

Fanat.Az xəbər verir ki, “qırmızı-ağlar” “Amasyaspor" komandası ilə üz-üzə gəlib.   Görüşün 43-cü dəqiqəsində rəqib hesabı açsa da, sona 5 dəqiqə qalmış Naxçıvan təmsilçisinin heyətində Söhrab Qoli Fexrabadi “status-kvo”nu bərpa edib - 1:1.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər