"Araz-Naxçıvan" yubileyini qeyd edəcək - AÇIQLAMA

"Araz-Naxçıvan" yubileyini qeyd edəcək - AÇIQLAMA

Yaxın günlərdə Naxçıvanda böyük tədbir keçiriləcək. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, iyunun 1-də "Araz-Naxçıvan"ın yaranmasının 55 illik yubileyi ilə əlaqədar Muxtar Respublikada festival təşkil olunacaq. 

Naxçıvan Futbol Federasiyasından saytımıza açıqlamada xəbəri təsdiqləyiblər: "Bəli, Naxçıvanda "Araz-Naxçıvan"ın 55 illik yubileyi ilə əlaqədar futbol festivalı keçiriləcək. Bu festivalı uşaq futboluna həsr etmişik. Tədbiri "Bir uşaq - bir top" şüarı altında keçirəcəyik. Festivalda əyləncəli oyunlar, feys art, konsert proqramı və sair nəzərdə tutulub. Tədbirin geniş məzmunu barədə yaxın günlərdə məlumat veriləcək".

Qeyd edək ki, "Araz-Naxçıvan" 1967-ci ildə yaranıb. Komanda hazırda Region Liqasında çıxış edir və iki gün sonra yarışın yarımfinalında "Xan Lənkəran"la qarşılaşacaq. Növbəti mövsümdən isə "Araz-Naxçıvan" Birinci Divizionda iştirak edəcək. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər