"Araz Naxçıvan" Rusiyadan qapıçı transfer etdi

"Araz Naxçıvan" Rusiyadan qapıçı transfer etdi

Azərbaycan millisinin üzvü Rövşən Hüseynlinin Nijni Novqorod "Torpedo"suna keçidindən sonra qapıçı mövqeyinə transfer çalışmalarına başlayan "Araz Naxçıvan" axtardığını məhz Rusiyada tapıb.

Fanat.Az-ın məlumatına görə, 16 qat Azərbaycan çempionu "Spartak-Donetsk" (Rostov) klubunun qapıçısı Dmitri Bondarevi sıralarına qatıb. 

Məlumatı "Araz Naxçıvan"ın vitse-prezidenti Mahmud Sadıqov təsdiqləyib. Klub rəsmisi saytımıza açıqlamasında 29 yaşlı futzalçını artıq sifariş etdiklərini deyib: "Bondarev dünən Bakıya gəlib, bu gün artıq məşqə çıxdı. Onun transferini rəsmiləşdirmişik. Artıq bu gün "Baku Fire" ilə oyunda bizə kömək edə bilər".  

Dmitri Bondarevin sonuncu komandası "Spartak-Donetsk" olub. Rusiyanın Yüksək Liqasında çıxış edən bu klub ötən ay dağılıb. Rostov təmsilçisi ağır maliyyə vəziyyəti üzündən fəaliyyətini dayandırıb. Belədə, komandanın üzvlərinə azad agent statusu verilib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər