“Araz Naxçıvan” mövsümü mayın 12-də bitirəcək

“Araz Naxçıvan” mövsümü mayın 12-də bitirəcək

May ayında “Araz Naxçıvan”ın ev oyunlarının keçirildiyi Naxçıvan Muxtar Respublika stadionunda dövlət əhəmiyyətli tədbirlərin sıxlığını nəzərə alaraq I divizionun təqvimində dəyişikliklər edilib. Fanat.az xəbər verir ki, 3 oyunun vaxtı dəyişib.

Belə ki, XXIX turun “Araz Naxçıvan” - “Mil-Muğan” və “Bakılı” - “Energetik” oyunları mayın 11-dən 7-nə keçirilib. XXX turun “Araz Naxçıvan” - “Energetik” matçı isə mayın 18-də yox, 12-də baş tutacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər