"Araz-Naxçıvan" Ərzurum toplanışını məğlub başa vurdu

"Araz-Naxçıvan" Ərzurum toplanışını məğlub başa vurdu

Azərbaycan Region Liqasının final mərhələsinə Türkiyənin Ərzurum şəhərində hazırlaşan "Araz-Naxçıvan" növbəti yoxlama görüşünü keçirib. 

Fanat.Az xəbər verir ki, Azər Bağırovun başçılıq etdiyi kollektiv Ərzurum yığma komandası (TFF Erzurum karması) ilə üz-üzə gəlib. 

Görüş rəqibin qələbəsi ilə başa çatıb - 1:2. "Araz-Naxçıvan"ın yeganə qoluna Orxan Əliyev imza atıb. 

Qeyd edək ki, Muxtar Respublika təmsilçisi hazırlıq çərçivəsində bundan əvvəl daha iki ("Yakutiyespor" - 4:1, Ərzurum yığma komandası - 0:0) oyun keçirib. Komanda toplanışı sabah yekunlaşdırıb geri dönəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər