Araz Abdullayev "Qarabağ"ın rəqibinə qarşı oynadı

Araz Abdullayev "Qarabağ"ın rəqibinə qarşı oynadı

Futbol üzrə Kipr çempionatında 9-cu turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, Konfrans Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Omoniya” da növbəti matçına çıxıb.   Sözügedən kollektiv səfərdə millimizin üzvü Araz Abdullayevin komandası ilə - “Etnikos”la üz-üzə gəlib. Oyun "Omoniya"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.   Araz 66-cı dəqiqədə meydana buraxılıb. 

“Etnikos” cari mövsümdə keçirdiyi 9 oyunda cəmi 2 dəfə heç-heçə edə bilib və 2 xalla 12 kollektiv arasında sonuncudur.   “Omoniya” isə 10 xalla 12 kollektiv arasında 8-ci pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda da bir oyunu var.   “Qarabağ” “Omoniya”ya qarşı səfərdə keçirdiyi ilk oyundan 4:1 hesablı qələbə ilə ayrılıb. Bu komandaların ikinci qarşılaşması isə noyabrın 25-də Bakıda baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər