Futzal üzrə Yüksək Liqanın final və 3-cü yer uğrunda oyunları keçirilib.
Fanat.Az-ın məlumatına görə, bununla da mükafatçılar müəyyənləşib.
Öncə meydana bürünc medallar uğrunda oynayan EKOL və "Neftçi” çıxıb. Bakı İdman Sarayında baş tutan qarşılaşmada qələbə qazanan EKOL çempionatın 3-cüsü olub.
Daha sonra isə ölkə çempionunu müəyyənləşdirən oyun baş tutub. "Araz”la "Xəzər Cənub” "qızıl" uğrunda üz-üzə gəlib. İlk hissəsi qolsuz bərabərliklə tamamlanan matçın ikinci yarısında tərəflər hərəyə 1 dəfə fərqlənib. Yalnız qarşılaşmaya əlavə edilmiş dəqiqələrdə üstünlüyü ələ alan "Araz" ardıcıl 4-cü, ümumilikdə 14-cü çempionluğunu rəsmiləşdirib.
Yüksək Liqa
17 may
Final
"Araz" – "Xəzər Cənub" - 4:1
Qollar: Mohammadtaha Neyməti, 25:14; İsa Atayev, 48:36; Rizvan Fərzəliyev, 48:46; Nihad İsmayılov, 49:47 - Amir Şocayi, 25:22
Hakimlər: Azər Əsgərov, Rahin Heybətov, Fuad Həsənov
3-cü yer uğrunda oyun
EKOL – "Neftçi" İK -4:2
Qollar: Namiq Məmmədkərimov, 0:44, 09:50;Fərid Atakişiyev, 13:26, 15:08 - Salar Şahnazi, 04:34; Tural İsmayılov, 13:42
Hakimlər: Mehman Mahmudov, Anar Fərəcov, Ramil Namazov
Fanat.Az