Aqolli "Qarabağ"ın düşərgəsinə qoşuldu

Aqolli "Qarabağ"ın düşərgəsinə qoşuldu
Albaniya millisi ilə Fransada keçirilən "AVRO-2016"nın final mərhələsində çıxış edən Ansi Aqolli dünən axşam saatlarında "Qarabağ"ın Avstriyada davam edən təlim-məşq toplanışına qatılıb. Fanat.az xəbər verir ki, Aqolli bu gündən etibarən məşqlərdə iştirak edəcək.
Aqolli "AVRO-2016"da Albaniya millisi ilə 3 oyunda (2 oyunda kapitan kimi) meydanda oldu. Onun komandası son anda 1/8 finala vəsiqəni əldən verdi.
Aqolli Azərbaycan çempionatları tarixində belə mötəbər turnirdə iştirak edən ilk futbolçu olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər