"Abdulbari Gözəl düz deyir, onunla razıyam. Mən özüm də bu barədə 5 ildən çoxdu yazıram, efirlərdə də deyirəm. “Qarabağ” Azərbaycanın fəxridi, amma Ağdamın deyil. Ağdamlılar öz idmanını inkişaf etdirməli, bir klub yaratmalıdı. Burada qeyri-adi bir söz deməyib". Fanat.az xəbər verir ki, bu sözləri millət vəkili Aqil Abbas deyib.
"Qarabağ"ın prezidenti Abdulbari Gözəl dünən mətbuata açıqlamsında "Qarabağ"ın oyunlarını Ağdamda keçirməyəcəyini bildirib və "ağdamlılar istəyirlərsə, özlərinə kiçik bir klub yaratsınlar" deyib.
Aqil Abbas "Qarabağ"ın ağdamlılar oynayan vaxtda da Avropada çıxış etdiyini bildirib: "Təkcə bir sözlə razı deyiləm ki, deyirlər “Qarabağ”da ağdamlılar oynayanda komanda Avropaya gedə bilmirdi. Bu tamamilə yalandı, açıb tarixi vərəqləsinlər, görəcəklər ki, heyətdə ağdamlılar olan zaman komanda Avropa oyunlarına gedib. Düzdü, indi gənclərdən ibarət heyətlərdə ağdamlılar var. Həmin klubda ağdamlı məşqçilər də çalışır. Ağdamlılar özlərinə komanda yarada bilər. Çünki Ağdamda həmişə futbol olub. Klub yaranarsa, “Qarabağ” üçün də futbolçu yetişdirər”.
publika.az