"Hazırlıq gözlədiyimiz kimi kecir. Heç bir problemimiz yoxdu. Ancaq başımızı aşağı salıb məşqlərimizi edirik". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Ansi Aqolli deyib.
Alban müdafiəçi ikinci dövrənin daha ağır keçəcəyini bildirib: "Get-gedə fiziki yüklənmələr artır. Bunu da normal qəbul edirik. Nə qədər yaxşı hazırlaşsaq, faydasını görəcəyik. Nəzərə almaq lazımdı ki, çempionatın 2-ci yarısı daha ağır olacaq. Həm kubok oyunları var, Premyer Liqa matçları isə daha sıx qrafiklə olacaq. Hər kəs hazır olmalıdı. Bunu bütün komanda yaxşı başa düşür. Hər məşqdən öncə baş məşqçimiz bizimlə söhbət edib, yaxşı hazırlaşmağın vacibliyini vurğulayır.
Aqolli daha xal itirən komandanın çempion olacağını dneyib: "Hə, hazırda liderik. Amma bu mövsüm demək olar ki, hamı bir-birindən xal alır. Biz də liderliyi son turda geri qaytardıq. Ona görə də hər şeyə hazır olmalıyıq. Daha az xal itirən komanda sonda sevinəcək. Təbii ki, sonda sevinənin "Qarabağ" olmasını istəyirəm. Bunun üçün ciddi hazırlaşırıq. Biz meydana hər zaman 3 xal üçün çıxırıq. Fəlsəfəmiz daim qələbə qazanmaqdı. Uğursuzluqlardan məyus olmaq deyil, nəticə çıxarıb qabağa baxmağa alışmışıq. Artıq 3 ildən çoxdu burdayam. Və özümü bu ruha sahib əsl "Qarabağ"lı hiss edirəm".
Fanat.az