Andrade "Qarabağ" - "Kəpəz" duelinin tarixinə düşdü

Andrade "Qarabağ" - "Kəpəz" duelinin tarixinə düşdü

“Qarabağ” “Kəpəz”lə çempionatdakı oyunlarda 100-cü qolu vurub.

Fanat.Az xəbər verir ki, bu, Misli Premyer Liqasının XXXV turuna təsadüf edib.

Leandro Andradenin qolu qərblilərlə matçlardakı 100-cü top olub. “Qarabağ” Gəncə təmsilçisi ilə 61-ci qarşılaşmada qol sayında üçrəqəmli ədədə çatıb.

Bu, 1992-ci ildən keçirilən ölkə çempionatlarında 7-ci belə cütdür ki, rəqiblərdən biri digərinə 100 və ya daha çox qol vurub. Onlardan 5-i “Qarabağ”ın hesabındadır.

Eyni rəqibə 100 və ya daha çox qol vuranlar:

1. “Qarabağ” – 140 qol (“Neftçi”yə) 2. “Qarabağ” – 126 qol (“Sumqayıt”a) 3. “Neftçi” – 124 (“Şamaxı”ya) 4. “Qarabağ” – 114 (“Şamaxı”ya) 5. “Qarabağ” – 104 (“Qəbələ”yə) 6-7. “Neftçi” – 102 (“Kəpəz”ə) “Qarabağ” – 102 (“Kəpəz”ə)

Qeyd edək ki, “Qarabağ” - “Kəpəz” oyunu 3:0 hesabı ilə başa çatıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər