Ançelotti son nöqtəni qoydu - Arda Gülər növbəti mövsümə harada başlayacaq?

Ançelotti son nöqtəni qoydu - Arda Gülər növbəti mövsümə harada başlayacaq?

“Real Madrid"in baş məşqçisi Karlo Ançelotti La liqanın 33-cü turunda "Real Sosyedad" üzərində qazandıqları qələbədən (1:0) sonra komandanın türkiyəli futbolçusu Arda Gülərin gələcək taleyinin necə olacaĝı ilə baĝlı sualı cavablandırıb.

Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Kral klubu”nun çalışdırıcısı oyunda vurulan yeganə qola imza atan 19 yaşlı futbolçunun onlar üçün vacib fiqur olduğunu söyləyib: 

“Arda bizim üçün önəmlidir və yeni mövsümdən klubumuzun sıralarında yer alacaq. Zədəsini sağaltdıqdan sonra məşqlərə gec qoşuldu. Bu səbəbdən matçlara çıxması bir qədər vaxt apardı. O, çox gəncdir və komandaya uyğunlaşmağa başlayıb. “Real Sosyedad”a vurduğu qol onun hədiyyəsi idi”.

Qeyd edək ki, Arda cari mövsüm "Real" forması ilə 8 qarşılaşmada meydana çıxıb və 2 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər