Ançelotti "Real Madrid"ə yeni hücumçu gətirir

Ançelotti "Real Madrid"ə yeni hücumçu gətirir
"Everton"un hücumçusu Rişarlison karyerasını "Real Madrid"də davam etdirə bilər. 
Fanat.Az xəbər verir ki, bu barədə "Goal.com" məlumat yayıb. 
Xəbərə görə, "sambaçı"nı "Kral klubu"nun baş məşqçisi Karlo Ançelotti dəvət edib. 
Qeyd edək ki, Rişarlison "Everton"a 2018-ci ildə keçib. O, 3 il ərzində 42 oyunda meydana çıxıb və 119 qola imza atıb. Onun transfer qiyməti 55 milyon avro olaraq dəyərləndirilir. 
Röya 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər