Ançelotti "Mançester Siti" ilə oyun ərəfəsində nə danışdı?

Ançelotti "Mançester Siti" ilə oyun ərəfəsində nə danışdı?

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində bu gün "Mançester Siti"ni qəbul edəcək "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti görüş ərəfəsində fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssisin sözlərini AS belə çatdırıb:

"Maraqlı, mürəkkəb və ağır matç olacaq. Yaxşı hazırlaşmağa çalışmışıq. İngiltərədəki kimi oynamağı planlaşdırmışıq. Əlbəttə, istədiyimizi həyata keçirmək üçün bütün çətinliklərin öhdəsindən gəlməliyik. Sonadək oyun ideyalarımızdan əl çəkməməliyik".

Xatırladaq ki, tərəflərin İngiltərədəki qarşılaşması "Real"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. 

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər