"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "Kral klubu"nun "Fənərbağça"dan transfer etdiyi Arda Gülərdən danışıb.
Fanat.Az xəbər verir ki, "Madrid Zone" italiyalı mütəxəssisin dediklərini belə çatdırıb:
"Gülər özündə bir neçə əla keyfiyyəti cəmləşdirmiş oyunçudur. Fikrimcə, o, "Real" azarkeşlərinin xoşuna gələcək".
Qeyd edək ki, Arda "Gənclərbirliyi"nin yetirməsidir. O, 2014-2019-cu illər aralığında Ankara təmsilçisinin akademiyasında olub.
Nihat