Amerikalı qadın basketbolçu Rusiyada həbs olundu

Amerikalı qadın basketbolçu Rusiyada həbs olundu

Amerikanın ən məşhur basketbolçularından biri olan Brittni Qrayner Rusiyada həbs edilib.

Fanat.Az xəbər verir ki, Olimpiadanın ikiqat qalibi ötən ay Şeremetyevo hava limanında saxlanılsa da, məlumat dünən Amerika mətbuatına çatıb.

Gömrükçülər Nyu-Yorkdan Moskvaya gələn xanım Qraynerin qabında həşiş yağı aşkar ediblər. Rusiyada bu kateqoriyadan olan narkotik vasitələrin saxlanması üçün beş ildən on ilədək həbs cəzası nəzərdə tutulur. Gömrük xidməti amerikalı xanım idmançının yoxlanılmasının videosunu da yayıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər