Almaniya saytı "Olimpiakos"u favorit görür, "Qarabağ"ı isə...

Almaniya saytı "Olimpiakos"u favorit görür, "Qarabağ"ı isə...

Almaniyanın "Schwarzwälder Bote" saytının əməkdaşı "Frayburq"un UEFA Avropa Liqasında "G" qrupundakı rəqibləri haqda məqalə yazıb. 

Fanat.Az xəbər verir ki, "Olimpiakos"u dördlüyün favotiri hesab edən jurnalist "Qarabağ"ı qrupun aşkar autsayderi kimi qiymətləndirib. 

“Ad baxımından “Qarabağ” bu qrupda aşkar autsayderdir. Çempionlar Liqasının seçmə mərhələsində üç qələbə qazanan Azərbaycan klubu Çempionlar Liqasının qrupunda “Bavariya”nın rəqibi rəqibi olacaq Çexiya “Viktoriya”sına uduzsa da,  Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Bakıdakı matça səfərə gedəcək “Frayburq” azarkeşlərini təxminən yeddi saatlıq uçuş gözləyir", - media nümayəndəsi yazıb.

Xatırladaq ki, "Qarabağ"ın "Frayburq"la səfər oynu sentyabrın 8-i Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər