Çalhanoğlu "Napoli" üzərində darmadağını belə şərh etdi

Çalhanoğlu "Napoli" üzərində darmadağını belə şərh etdi

"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu İtaliya A Seriyasının 14-cü turunda "Napoli" üzərində qazandıqları qələbəni şərh edib.

Fanat.Az xəbər verir ki, türk futbolçu fikirlərini "qara-göylər"in rəsmi saytına bölüşüb:

"Qol vurduğum üçün şadam. Qələbəni oyunumuzla haqq edirdik. Bu qələbə ilə digər rəqiblərimizə böyük ismarıc göndərdik. Biz heç vaxt təslim olmuruq. İtaliyada bir-biri ilə oyunları yetərincə gərgin alınan 2-3 komanda var. "Napoli" də güclü kollektivdir. Bu matça onlardan daha yaxşı köklənmişdik".   Cari mövsüm bütün turnirlərdə 17 oyun keçirən Çalhanoğlu 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

14 tura 35 xal toplayan "İnter" A Seriyasının turnir cədvəlinin 1-ci pilləsində mövqe tutub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər