"Neftçi" Albaniyanın "Partizani" klubunun futbolçusu Teofilus Solomonu heyətinə qatmaq istəyir.
Fanat.Az "Panoramasport"a istinadən xəbər verir ki, Tirana təmsilçisi nigeriyalı hücumçunu satmağa hazırdı. Amma bunun üçün "Neftçi"dən sərfəli təklif gözləyir. İddiaya görə, şərtlər klubu qane edəcəyi təqdirdə, 25 yaşlı forvardın keçidinə icazə veriləcək.
Qeyd edək ki, Teofilus Solomo karyerası ərzində Xorvatiyanın "Rieka", "Pomorats", "Zadar", "Şibenik", "İstra 1961", "İnter", Serbiyanın "Partizan", Cənubi Kiprin "Omoniya" və Macarsıtanın "Uypeşt" klublarında çıxış edib. 2019-cu ildə "Partizani"yə keçən futbolçunun Tirana təmsilçisi ilə 1,5 illik müqaviləsi var.