AL: "Qarabağ"ın pley-off şansı qalmadı

AL: "Qarabağ"ın pley-off şansı qalmadı

“Qarabağ” bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində növbəti sınağına çıxıb.

Fanat.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 7-ci tur çərçivəsində doğma meydanda Rumıniyanın FCSB koollektivi ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun məhsuldar alınıb. Oyunun gedişində 2 dəfə hesabda önə keçməsinə baxmayaraq, üstünlüyünü qoruya bilməyən Ağdam klubu sonda meydanı məğlub tərk edib. Beləliklə, "köhlən atlar" avrokubokda mübarizəni davam etdirmək şansını itirib.

“Qarabağ”ın 7 turda qazandığı 3 xal "24-lüy"ə düşməyə imkan verməyib. 

UEFA Avropa Liqası Liqa mərhələsi 23 yanvar

“Qarabağ” – FCSB (Rumıniya) 2:3  Qollar: Leandro Andrade, 2. Dava, 41-öz qapısına - Adrian Şut, 7; 73. Mikulesku, 45+4. 

Baş hakim: Filip Qlova (Slovakiya). Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

"Qarabağ": 97. Fabian Buntiç, 2. Mateus Silva, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdulla Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 90. Nəriman Аxundzadə. Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 99. Koxalski, 7. Yassin Benziya, 11. Addayi, 20. Riçard Almeyda, 22. Musa Qurbanlı, 24. Aleksey İsayev, 27. Тoral Bayramov, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade. Baş məşqçi: Qurban Qurbanov.

FCSB: 32. Ştefan Tarnovanu, 33. Risto Radunoviç, 5. Yoskim Dava, 30. Siyabonqa Nqezana, 8. Adrian Şut (k), 42. Baba Alhassan, 7. Florin Tanase, 15. Marius Ştefanesku, 11. David Mikulesku, 9. Daniel Birligea Ehtiyat oyunçular: 1. Mihay Udrea, 17. Mihay Popesku, 18. Malkolm Edjuma, 19. Daniel Popa, 22. Mihay Toma, 25. Aleksandru Balutsa, 28. Aleksandru Pantea, 29. Aleksandru Musi. Baş məşqçi: Elias Xaralambus.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər