Admir Teli "Qarabağ"dan gedir? - açıqlama

Admir Teli "Qarabağ"dan gedir? - açıqlama
"Admir Telinin "Qarabağ"dan gedəcəyi barədə xəbərlər tamamilə əsassızdı. Haradan qaynaqlandığından da xəbərimiz yoxdu". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.
Alban müdafiəçinin Albaniya çempionu "Skenderbeu" ilə razılığa gəldiyi deyilir. İddialara görə, Teli yay transfer pəncərəsi açılan kimi öz ölkəsinin klubuyla rəsmi müqavilə imzalayacaq. Nurlan İbrahimov isə xəbəri təkzib edib: "Admir Telinin müqaviləsi mövsümün sonunda başa çatacaq. Lakin bu o demək deyil ki, o başqa bir klubla razılaşıb və ya müqavilə imzalayıb. O, əsl peşəkardı. Admir klubdan xəbərsiz belə bir iş tutacaq insan da deyil".
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər