İngiltərə Premyer Liqasının 30-cu turu çərçivəsində "Mançester Siti" və "Börnli" arasında oynanılan matçda qeyri-adi hadisə baş verib.
Fanat.Az "BBC Sport"a istinadən xəbər verir ki, futbolçular "Black Lives Matter" ("Qaradərililərin həyatı önəm kəsb edir") hərəkatına dəstək olmaq üçün diz çökdükdən sonra, "White Lives Matter Burnley" ("Ağdərililərin həyatı önəm kəsb edir, Börnli") bannerini nümayiş etdirən təyyarə stadionun üzərində görünüb.
"Börnli" hadisə ilə bağlı üzr istəyib. Klubun rəsmi açıqlamasında qeyd olunub:
"Börnli" futbol klubu bazar ertəsi "Etihad" stadionu üzərindən uçan təyyarə və bannerlə bağlı cavabdeh şəxslərin hərəkətlərini qətiyyətli şəkildə pisləyir. Bu, heç bir şəkildə "Börnli" klubunun prinsiplərini əks etdirmir. Biz günahkarları müəyyənləşdirmək və onların stadionlara girişinə qadağa qoymaq üçün səlahiyyətli şəxslərlə əməkdaşlığa hazırıq".
Fanat.Az