Azərbaycan Basketbol Liqasında 1-ci tur davam edir. Fanat.Az -ın məlumatına görə, bu gün daha bir görüş baş tutacaq. çərşənbə günü start götürən açılış turu çərçivəsində NTD ilə "Sumqayıt" qarşılaşacaq. Bakı İdman Sarayında baş tutacaq görüş saat 19:00-da başlayacaq. Qeyd edək ki, turun ilk oyununda son çempion "Sabah" "LANDAU Lions"a 84:74 hesabı ilə qalib gəlib. ABL 1-ci tur 2 oktyabr 19:00. NTD - "Sumqayıt" Bakı, İdman sarayı. Xatırladaq ki, 1-ci turun digər oyunları 3 ("Ordu" - "Gəncə") və 4 oktyabrda ("Naxçıvan" - "Neftçi") baş tutacaq. "Naxçıvan" - "Neftçi" matçı Bakı klubunun avrokubok təqvimində dəyişiklik olacağı halda, təxirə salına bilər. Mirağa
ABL: NTD "Sumqayıt" ilə qarşılaşır
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı