"Aberdin" "Qarabağ"a oyuna tam heyətlə çıxmayacaq

"Aberdin" "Qarabağ"a oyuna tam heyətlə çıxmayacaq

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Aberdin" Ağdam təmsilçisi ilə cavab oyununa da itkilərlə çıxacaq.

Fanat.Az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stiven Qlass bildirib. O, 2 oyunçusunun sözügedən qarşılaşmanı buraxacağını vurğulayıb. Rayan Heces və Endryu Korsidan zədəli olduqlarına görə görüşdə iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, avqustun 26-sı keçiriləcək "Aberdin" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq. Komandalar arasında ilk matç təmsilçimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər