Abdullah Zubir "Neftçi"yə qarşı niyə oynamır?

Abdullah Zubir "Neftçi"yə qarşı niyə oynamır?
"Qarabağ"ın futbolçusu Abdullah Zubirin Azərbaycan Premyer Liqasının III turunun "Neftçi" ilə oyununu buraxmasının səbəbi məlum olub.
Ağdam klubunun Mətbuat katibi Nurlan İbrahimovun "Report"a verdiyi məlumata görə, fransalı yarımmüdafiəçi zədəli olduğu üçün bugünkü matçın iştirak ərizəsinə salınmayıb.
UEFA Çempionlar Liqasında Norveç "Molde"si ilə matçda əzələsini dartan oyunçu bir neçə gün istirahət etməlidir.
Qeyd edək ki, "Qarabağ" - "Neftçi" oyununda hazırda hesab 1:1-dir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər