A Seriyası: "Roma" uduzdu, "İnter" - "Napoli" matçı heç-heçə yekunlaşdı

A Seriyası: "Roma" uduzdu, "İnter" - "Napoli" matçı heç-heçə yekunlaşdı

İtaliya A Seriyasında 12-ci tur başa çatıb.

Fanat.Az xəbər verir ki,  bu gün 5 görüş reallaşıb.

“Fiorentina” evdə “Verona”nı, “Atalanta” “Udineze”ni məğlub edib. “Roma” öz meydanında “Bolonya”ya uduzubsa, “Latsio” səfərdə “Montsa”ya qalib gəlib. Turun mərkəzi oyununda -  “İnter” -  “Napoli” duelində bərabərlik qeydə alınıb.

Hazırda 26 xala malik “Napoli” vahid liderdir. “Atalanta”, “Fiorentina”, “İnter” və “Latsio”nun 25 xalı var. “Yuventus” 24, “Milan” və “Bolonya” 18, “Udineze” 16, “Empoli” 15, “Torino” 14, “Roma”  13, “Parma” və “Verona” 12 xal toplayıblar.

İtaliya A Seriyası 12-ci tur 7 noyabr

Cenoa – Komo 1:1 Qollar: Volyakko, 90+2 – De Kunya, 17.

8 noyabr

Leççe – Empoli 1:1 Qollar: Pyerotti, 77 – Pelleqri, 33.

9 noyabr

Venetsiya – Parma 1:2 Qollar: Nikolussi, 5 – Valeri, 17. Bonni, 68.

Kalyari – Milan 3:3 Qollar: Zortea, 2. Zappa, 53; 89 – Leao, 15; 40. T.Abraham, 69.

Yuventus – Torino 2:0 Qollar: Vea, 18. K.Yıldız, 84.

10 noyabr

Atalanta – Udineze 2:1 Qollar: Paşaliç, 56. Ture, 60-öz qapısına – Kamara, 45+3.

Roma – Bolonya 2:3 Qollar: El Şaaravi, 63; 82 – Kastro, 25. Orsolini, 66. Karlsson, 77.

Fiorentina – Verona 3:1 Qollar: Kin, 4; 59; 90+2 – Serdar, 18.

Montsa – Latsio 0:1 Qol: Zakkayni, 36.

İnter – Napoli 1:1 Qollar: Çalhanoğlu, 43 – Maktominey, 23.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər