A Seriyası: "Napoli"dən darmadağın, Milanda "quru sülh"

A Seriyası: "Napoli"dən darmadağın, Milanda "quru sülh"

Futbol üzrə İtaliya A Seriyasında 23-cü tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, son oyun günündə altı matç keçirilib.

“Torino” - “Sassuolo” və “Kalyari” - “Fiorentina” duelləri qollu bərabərliklə başa çatıb. “Spetsiya” “Sampdoriya”nı minimal hesabla yenib.

“Napoli” “Salernitana”nı darmadağınla yola salıbsa, "Roma" səfərdə "Empoli"ni inamla üstələyib. 

Turun mərkəzi qarşılaşması Milanda baş tutub. “Yuventus” və "Milan" qol vurmadan hərəyə 1 xal qazanıblar.

İtaliya A Seriyası 23-cü tur

23 yanvar

Kalyari – Fiorentina 1:1 Qollar: Pedro, 47. Sottil, 75.   Napoli – Salernitana 4:1 Qollar: Jezus, 17. Mertens, 45+4. Rahmani, 47. İnsinye, 53 – Bonatsoli, 33.   Spetsiya – Sampdoriya 1:0 Qol: Verde, 69.   Torino – Sassuolo 1:1 Qollar: Sanabriya, 16 – Raspadori, 85.   Empoli – Roma 2:4 Qollar: Pinamonti, 55. Bayrami, 72 – Abraham, 24; 33. Oliveyra, 35. Zaniolo, 37.   Milan – Yuventus 0:0

22 yanvar

Cenoa – Udineze 0:0

İnter – Venetsiya 2:1 Qollar: Barella, 40 , Ceko, 90 - Henri, 19. 

Latsio – Atalanta 0:0

21 yanvar

Verona – Bolonya 2:1 Qollar: Kaprari, 38. Kaliniç, 85 – Orsolini, 14.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər