A Seriyası: “Napoli” “Yuventus”a qalib gəldi

A Seriyası: “Napoli” “Yuventus”a qalib gəldi

İtaliya A Seriyasında 31-ci turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün daha 5 görüş baş tutub.

“Empoli”nin qonağı olan “İnter” 3 cavabsız qolla qalib gəlib. “Udineze” də “Kremoneze”ni eyni hesabla yenib.

“Montsa” - “Fiorentina” matçında meydan sahibləri qalib gəliblər. “Milan” da “Leççe”ni 2 cavabsız qolla üstələyib.

“Yuventus” isə lider “Napoli” ilə üz-üzə gəlib. Neapollular son saniyələrdə vurulan qol sayəsində vacib 3 xal əldə ediblər.

İtaliya A Seriyası 31-ci tur 21 aprel

Verona – Bolonya 2:1 Qol: Verdi, 45+6-pen; 62 – N.Dominqes, 90+4.

22 aprel

Salernitana – Sassuolo 3:0 Qol: Pirola, 9. Dia, 20. Kulibali, 65.

Latsio – Torino 0:1 Qol: İliç, 43.

Sampdoriya – Spetsiya 1:1 Qol: Amione, 23 – Verde, 59.

23 aprel

Empoli – İnter 0:3 Qol: Lukaku, 48; 76. L.Martines, 88.

Montsa – Fiorentina 3:2 Qol: Biraqi, 26-öz qapısına. Mota, 43. Pessina, 59-pen – Kuame, 8. Saponara, 13.

Udineze – Kremoneze 3:0 Qol: Samardziç, 2. N.Peres, 27. Sakses, 36.

Milan – Leççe 2:0 Qol: Leao, 40; 75.

Yuventus – Napoli 0:1 Qol: Raspadori, 90+3.

24 aprel

22:45. Atalanta – Roma

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər