A Seriyası: "Napoli" ÇL-ə vəsiqə qazana bilmədi

A Seriyası: "Napoli" ÇL-ə vəsiqə qazana bilmədi
İtaliya A Seriyasında 2020/21 mövsümünün sonuncu – 38-ci turunun oyunları keçirilib. 
Fanat.Az xəbər verir ki, son oyun günündə yeddi görüş reallaşıb.
 
Çempion "İnter” öz meydanında "Udineze”ni darmadağın edib.
 
Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan "Milan” "Atalanta”nı səfərdə yenərək istəyinə çatıb. "Napoli” və "Yuventus” komandaları da ÇL-ə vəsiqə üçün son oyunlarına çıxıblar. Neapol təmsilçisi doğma meydanda qarşılaşdğı "Verona” ilə oyunda xal itirməklə böyük şansı son anda əldən verib. Əvəzində Turin klubu səfərdə "Bolonya” üzərində darmadağına sevinib və ÇL-ə vəsiqə qazanıb.
 
Beləliklə, "İnter”in çempion kimi başa vurduğu bu mövsümün gümüş mükafatçısı "Milan”, bürünc medalçısı isə "Atalanta” olub. "Yuventus” da dördüncü yeri tutmaqla bu komandalarla birgə Çempionlar Liqasında oynamaq şansı qazanıb. Beşinci və altıncı pillələri tutan "Napoli” ilə "Latsio” İtaliyanı Avropa Liqasında təmsilç edəcək. Yeddinci olan "Roma” isə Avropa Konfrans Liqasında mübarizə aparacaq.
 
Son üç pilləni tutan "Benevento”, "Krotone” və "Parma” isə elitanı tərk edib.
 
İtaliya A Seriyası
38-ci tur
23 may
 
İnter – Udineze 5:1
Qollar: Yanq, 8. Eriksen, 44. Martines, 55. Perişiç, 64. Lukaku, 71 – Pereyra, 79.
 
Atalanta – Milan 0:2
Qollar: Kessye, 43-pen; 90+2-pen.
 
Bolonya – Yuventus 1:4
Qollar: Orsolini, 86 – Kyeza, 6. Morata, 29; 47. Rabyo, 45.
 
Napoli – Verona 1:1
Qollar: Rahmani, 60 – Faraoni, 69.
 
Sassuolo – Latsio 2:0
Qollar: Kiriakopulos, 10. Berardi, 78.
 
Spetsiya – Roma 2:2
Qollar: Verde, 6. Pobeqa, 38 – El Şaravi, 52. Mxitaryan, 85.
 
Torino – Benevento 1:1
Qollar: Bremer, 29 – Tello, 72.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər