A Seriyası: "Napoli" büdrədi, Milanda xallar bölündü

A Seriyası: "Napoli" büdrədi, Milanda xallar bölündü

Futbol üzrə İtaliya A Seriyasında 9-cu tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, son oyun günündə beş matç keçirilib.

"Fiorentina" öz meydanında "Kalyari"ni, "Verona" "Latsio"nu darmadağın edibsə, "Atalanta" - "Udineze" qarşılaşmasında qalib müəyyənləşməyib. 

Lider “Napoli” “Roma” ilə səfər oyununda bərabərliyə razılaşaraq bu mövsüm ilk dəfə xal itirib.   Turun mərkəzi qarşılaşması isə Milanda baş tutub. Son çempion “İnter” "doğma divarlar arası"nda “Yuventus”la heç-heçə oynayıb.   İtaliya A Seriyası 9-cu tur 24 oktyabr   Atalanta – Udineze 1:1 Qollar: Malinovski, 56 – Beto, 90+3.   Fiorentina – Kalyari 3:0 Qollar: Biraqi, 21. N.Qonsales, 42. Vlahoviç, 49.   Verona – Latsio 4:1 Qollar: Simeone, 30; 36; 62; 90+1 – İmmobile, 46.   Roma – Napoli 0:0   İnter – Yuventus 1:1 Qollar: Dzeko, 17 – Dibala, 89.

23 oktyabr   Salernitana – Empoli 2:4 Qollar: Ranyeri, 48. İsmayli, 55-öz qapısına – Pinamonti, 2; 45-pen. Kutrone, 11. Stranberq, 13-öz qapısına.   Sassuolo – Venetsiya 3:1 Qollar: Berardi, 3. Henri, 50-öz qapısına. Frattesi, 67 – Okereke, 32.   Bolonya – Milan 2:4 Qollar: İbrahimoviç, 49-öz qapısına. Berrou, 52 – Leao, 16. Kalabriya, 35. Bennaser, 84. İbrahimoviç, 90.

22 oktyabr   Torino – Cenoa 3:2 Qollar: Sanabriya, 14. Pobeqa, 31. Brekalo, 77 – Destro, 70. Kaysedo, 81.   Sampdoriya – Spetsiya 2:0 Qollar: Qyasi, 15-öz qapısına. Kandreva, 36.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər