A Seriyası: "Napoli" büdrədi, derbidə xallar bölündü

A Seriyası: "Napoli" büdrədi, derbidə xallar bölündü

Futbol üzrə İtaliya A Seriyasında 12-ci tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.   “Udineze” “Sassuolo”nu, “Latsio” isə “Salernitana”nı məğlub yola salıb. “Sampdoriya” isə “Bolonya” ilə oyundan məğlubiyyətlə ayrılıb.    Joze Mourinyolu “Roma” “Venetsiya” səfərinə yollanıb. Paytaxt təmsilçisi bu oyunda da məğlubuyyətlə üzləşib.   Lider “Napoli” isə “Verona”nın müqavimətini qırmağı bacarmayıb. Komandalar meydanı hərəyə 1 xalla tərk ediblər.   Turun mərkəzi görüşü Milan şəhərində keçirilib. Son çempion “İnter” bu mövsüm uğurlu çıxış edən və hələ məğlub olmayan “Milan”la üz-üzə gəlib. Bu qarşılaşmada da qalib müəyyənləşməyib.  

İtaliya A Seriyası 12-ci tur

7 noyabr

Venetsiya – Roma 3:2 Qollar: Kaldara, 3. Aramu, 65-pen. Okereke, 74 – Şomurodov, 43. Abraham, 45+2.   Sampdoriya – Bolonya 1:2 Qollar: Torsbi, 77 – Svanberq, 47. Arnautoviç, 78.   Udineze – Sassuolo 3:2 Qollar: Deulofeu, 8. Frattesi, 39-öz qapısına. Beto, 51 – Berardi, 15. Frattesi, 28.   Latsio – Salernitana 3:0 Qollar: İmmobile, 31. Pedro, 36. Alberto, 69.   Napoli – Verona 1:1 Qollar: Di Lorenso, 18 – Simeone, 13.   Milan – İnter 1:1 Qollar: De Vrey, 17-öz qapısına – Çalhanoğlu, 11-pen.

6 noyabr

Spetsiya – Torino 1:0 Qol: Sala, 58.

Yuventus – Fiorentina 1:0 Qol: Kuadrado, 90+1. 

Kalyari – Atalanta 1:2 Qollar: Joano Pedro, 27 - Paşaliç, 6, Sapata, 43.

5 noyabr

Empoli – Cenoa 2:2 Qollar: Di Françesko, 62. Jurkovski, 72 – Krişito, 13-pen. Byanki, 89.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər