Futbol üzrə İtaliya A Seriyasında 19-cu tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun əksər qarşılaşmaları son oyun günündə baş tutub.
“Verona” - “Fiorentina” və “Roma” - “Sampdoriya” görüşlərində qollu heç-heçələr qeydə alınıb.
“Latsio” rəqib meydanında “Venetsiya”nı inamla yenibsə, “Bolonya” “Sassuolo”nu ağır məğlubiyyətə uğradıb.
Lider “İnter” “Torino” üzərində minimal hesablı qələbəyə sevinib, “Milan” “Empoli” səfərindən 3 xalla dönüb.
"Napoli" isə Neapolda “Spetsiya”ya uduzub. Bu tur keçirilməli olan “Udineze” – “Salernitana” matçı qonaqların heyətində koronavirusa kütləvi yoluxma səbəbindən təxirə salınıb.
İtaliya A Seriyası
XIX tur
22 dekabr
Venetsiya – Latsio 1:3 Qollar: Forte, 30 – Pedro, 3. Açerbi, 48. Alberto, 90+5. Sassuolo – Bolonya 0:3 Qollar: Orsolini, 36. Hiki, 44. Santander, 90+4. İnter – Torino 1:0 Qol: Dümfris, 30. Roma – Sampdoriya 1:1 Qollar: Şomurodov, 72 – Qabbyadini, 80. Verona – Fiorentina 1:1 Qollar: Lasanya, 17 – Kastrovilli, 81. Napoli – Spetsiya 0:1 Qol: Jezus, 37-öz qapısına. Empoli – Milan 2:4 Qollar: Bayrami, 18. Pinamonti, 84 – Kessye, 12; 42. Florensi, 63. Hernandes, 69.
21 dekabr
Cenoa – Atalanta 0:0 Yuventus – Kalyari 2:0 Qollar: Kin, 40. Bernardeski, 83.