A Seriyası: "Milan"dan qələbə, "Napoli" "Yuventus"la bərabərə qaldı

A Seriyası: "Milan"dan qələbə, "Napoli" "Yuventus"la bərabərə qaldı

Bu gün futbol üzrə İtaliya A Seriyasında 20-ci turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, turun bütün görüşlərinin eyni gündə reallaşması planlaşdırılsa da, onlardan bəziləri təxirə salınıb.

“Sampdoriya” öz meydanında “Kalyari”yə, “Spetsiya” “Verona”ya məğlub olub. “Latsio” – “Empoli” oyunu bol qollu bərabərliklə sona çatıb. “Sassuolo” – “Cenoa” matçı da heç-heçə bitib.

“Milan” evdə “Roma”nı üstələyib. Turun mərkəzi qarşılaşması isə Turində gerçəkləşib. “Yuventus” “Napoli” ilə üz-üzə gəlib. Tərəflər qollu bərabərliyə razılaşıb.

Bu tur keçirilməli olan “Salernitana” – “Venetsiya” matçı meydan sahiblərinin heyətində koronavirusa yoluxma hallarının artması səbəbindən ertələnib.

“Fiorentina” – “Udineze”, “Atalanta” – “Torino” və “Bolonya” – “İnter” matçları da koronavirusa görə baş tutmayıb.

İtaliya A Seriyası

XX tur

6 yanvar

Sampdoriya – Kalyari 1:2 Qollar: Qabbyadini, 18 – Deyola, 55. Pavoletti, 71.   Latsio – Empoli 3:3 Qollar: İmmobile, 14. Milinkoviç-Saviç, 66; 90+3 – Bayrami, 6. Zurkovski, 8. Di Françesko, 75.   Spetsiya – Verona 1:2 Qollar: Erliç, 85 – Kaprari, 59; 77.   Sassuolo – Cenoa 1:1 Qollar: Berardi, 55 – Destro, 7.   Milan – Roma 3:1 Qollar: Jiru, 8-pen. Messias, 17. Leao, 82 – Abraham, 40.   Yuventus – Napoli 1:1 Qollar: Kyeza, 54 – Mertens, 23.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər