Futbol üzrə İtaliya A Seriyasında 18-ci tur başa çatıb.
Fanat.Az xəbər verir ki, son oyun günündə altı görüş reallaşıb.
“Torino” “Verona”nı evə xalsız göndərib. “Fiorentina” – “Sassuolo”, “Spetsiya” – “Empoli” və “Sampdoriya” – “Venetsiya” qarşılaşmaları bərabərliklə yekunlaşıb. Turun mərkəzi görüşündə “Milan” “Napoli”ni qəbul edib. Neapol təmsilçisi rəqib meydanında vurduğu erkən qolla vacib 3 xal qazanıb. Bu zəfər sayəsində "Napoli" "qırmızı-qaralar"ın 2-ci pillədəki yerini əlindən alıb. Hər iki komandanın 39 xalı olsa da, neapollular əlavə göstəricilərə görə 2-ci yerdə qərarlaşıb. Lider "İnter"in isə 43 xalı var.
İtaliya A Seriyası
18-ci tur
19 dekabr Fiorentina – Sassuolo 2:2 Qollar: Vlahoviç, 51. Torreyra, 61 – Skamakka, 32. Frattezi, 37. Spetsiya – Empoli 1:1 Qollar: Markizza, 50-öz qapısına – Nikolayu, 71-öz qapısına. Sampdoriya – Venetsiya 1:1 Qollar: Qabbyadini, 1 – Henri, 87. Torino – Verona 1:0 Qol: Pobeqa, 26. Milan – Napoli 0:1 Qol: Elmas, 5. 18 dekabr
Atalanta – Roma 1:4 Qollar: Kristante, 45+1-öz qapısına – Abraham, 1; 82. Zaniolo, 27. Smollinq, 72.
Bolonya – Yuventus 0:2 Qollar: Morata, 6. Kuadrado, 69.
Kalyari – Udineze 0:4 Qollar: Makenqo, 4. Deulofeu, 45; 69. Molina, 50.
17 dekabr Latsio – Cenoa 3:1 Qollar: Pedro, 36. Açerbi, 75. Zakkanyi, 81 – Meleqoni, 86. Salernitana – İnter 0:5 Qollar: Perişiç, 11. Dümfris, 33. Sançes, 52. Martines, 77. Qalyardini, 87.