Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoхlama oyununu keçirib. Fanat.az хəbər verir ki, Qurban Qurbanov yetirmələrini Avstriyanın "Horn" klubu ilə oyunda sınayıb.
Oyun Azərbaycan çempionunun məskunlaşdığı Kössen qəsəbəsinin meydançasında keçirilib. 7 qolun vurulduğu oyunda "Qarabağ" 3:4 hesabı ilə uduzub. İlk yarıda 0:3 hesabı ilə geri düşən "Qarabağ" fasilədən sonra 3 top vursa da, daha bir dəfə fərqlənən avstriyalılar qələbə qazanıb. "Qarabağ"ın heyətində Reynaldo Silva dubl edib, Riçard Almeyda bir qol vurub.
Qeyd edək ki, Avstriyada 3 yoxlama görüşü keçirməyi planlaşdıran "Qarabağ" iyulun 3-də "Styauya" (Rumıniya), 7-də isə "Lokomotiv"lə (Moskva, Rusiya) qarşılaşacaq. Komanda iyulun 15-də Çempionlar Liqasının II təsnifat mərhələsində "Rudar"ı (Çernoqoriya) qəbul edəcək.
Yoхlama oyunu
30 iyun
Qarabağ (Azərbaycan) - Horn (Avstriya) 3:4
Qollar: Reynaldo, 48; 67. Riçard Almeyda, 89 - Rakovits, 16; 25-pen. Şota Sakaki, 38. Emir Dılıç, 52-pen.
Avstriya. Kössen qəsəbəsi.
Fanat.az