"Qarabağ" "Rəvan"la oyunun hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, milli oyunlarla əlaqədar məşqlərini sadəcə 10 futbolçu ilə keçməli olan Ağdam klubunun bəzi üzvləri qayıdıb.
Belə ki, Azərbaycan millisinin düşərgəsində olan Rəşad Sadıqov, Maksim Medvedev, Bədavi Hüseynov, Qara Qarayev və Vüqar Nadirov geri dönüb. Amma Ansi Aqolli və Admir Teli hələ Albaniya, Nikolas Gelaşvili isə Gürcüstan yığmasının düşərgəsindədi. Ulriş Kapolonqo isə Konqonun heyətində qol vuraraq millisini məğlubiyyətdən qurtarıb geri dönür.
Fanat.az