3:0 “Qarabağ”a nə verdi?

3:0 “Qarabağ”a nə verdi?

“Xəzər Lənkəran”ı son turda 3:0 hesabıyla darmadağın edən “Qarabağ” turnir cədvəlinin şəriksiz lideri. Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, son 3 matçından eyni hesablı qalibiyyətlərlə ayrılan “Qarabağ” çempionatda ən çox qol vuran (20) və ən az top buraxan (4) komandadı. 

 

 Ümumiyyətlə, son 5 qarşılaşmada qol buraxmayan Ağdam təmsilçisini sonuncu dəfə VI turda “Rəvan”ın çili mənşəli isveçli forvardı Sebastyan Kastro-Telyo məyus edib. Həmin qarşılaşmanın son 70 dəqiqəsini və son 5 oyunu nəzərə alsaq, “ağ-qaralar” tam 520 dəqiqədir ki, qol buraxmır.

 

 Təbii ki, bunda “Qarabağ”ın qolkiperi Fərhad Vəliyevin də rolu böyükdü. Artıq 7 ildi ki, “Qarabağ”ın uğurları üçün tər tökən qolkiper 83-cu dəqiqədə “Xəzər Lənkəran”ın kamerunlu forvardı Mbilla Etamenin penaltisini dəf edərək seriyasının qırılmasına imkan verməyib.

 

 Qeyd edək ki, Fərhad sonuncu dəfə “Qarabağ”ın heyətində penaltini 2010-cu ildə, Avroliqanın III mərhələsində “Visla”yla baş tutan ilk oyunda dəf etmişdi. 90-cı dəqiqədə Matsey Juravskinin “11 metrlik” zərbəsini dəf edən 33 yaşlı qolkiper təmsilçimizin 1:0-lıq qələbəsinə səbəb olmuşdu.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər