3 penalti, 6 qol - "Neftçi" qələbə qazandı

3 penalti, 6 qol - "Neftçi" qələbə qazandı
Bu gün Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, "Kapital Bank Arena"da "Sumqayıt" "Neftçi"ni qəbul edib. 3 penaltinin, 6 qolun vulduğu oyunda "Neftçi" qələbə qazanıb. "Neftçi" xal hesabını 17-yə yüksəldərək yenidən 2-ci pilləyə qayıdıb və lider "Qarabağ"la xal fərqini ən azı bir gün müddətinə 5-ə endirib. 
Bu komandaların ilk dövrədəki qarşılaşması qalmaqalla yekunlaşmışdı. Həmin oyunda "Neftçi"nin məşqçisi Etibar Tarıverdiyev "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasovu vurduğu üçün 10 oyunluq cəzalanmış, sonradan həmin cəza yarıbayarı azaldılmışdı. Eyni zamanda "gənclik şəhəri" təmsilçisinin kapitanı Vurğun Hüseynovla flaqmanın futbolçusu Anton Krivotsyuk davada iştirak etdikləri üçün cəzalanmışdılar.
Bu, iki klub arasında 30-cu matç olub. Həmin qarşılaşmalardan 10-da "Sumqayıt", 16-da "Neftçi" qələbə qazanıbsa, daha 4 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "ağ-qaralar" öndədi - 51:37. Son 4 görüşdə hər iki komanda qol sevinci yaşayıb. "Sumqayıt” evdə ardıcıl üç dəfə uduzub.
Qeyd edək ki, turun ilk iki oyununda "Keşlə" "Qəbələ"ni 2:1 hesabı ilə yenib, "Sabah" - "Zirə" matçında qalib müəyyənləşməyib - 2:2. Tura sabah keçiriləcək "Qarabağ" - "Səbail" oyunu ilə yekun vurulacaq.
Premyer Liqa
2019/20 mövsümü
II dövrə, IX tur
27 oktyabr
Sumqayıt - Neftçi 2:4
Qollar: Mehdi Şərifi, 6-pen. Amil Yunanov, 90+3 - Emin Mahmudov, 28-pen; 82-pen. Baqali Dabo, 34; 83.
Sumqayıt: 1. Mehdi Cənnətov, 4. Şəhriyar Əliyev (k), 14. Elvin Bədəlov, 22. Sərtan Taşqın, 6. Vüqar Mustafayev, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 70. Mehdi Şərifi, 5. Camaladdin Xocaniyazov, 28. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 12. Nicat Mehbalıyev, 3. Vurğun Hüseynov, 97. Xəyal Nəcəfov, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 11. Elgün Nəbiyev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 18. Süleyman Əhmədov, 44. Elvin Cəfərquliyev, 20. Rüfət Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.
Neftçi: 1. Səlahət Ağayev, 17. Rəhman Hacıyev, 8. Emin Mahmudov (k), 18. Tural Axundov, 10. Dario Frederiko, 9. Baqali Dabo, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 77. Donald Qerye, 5. Anton Krivotsyuk.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 7. Namiq Ələsgərov, 19. Rauf Əliyev, 25. Kiril Petrov, 93. Soni Mustivar, 3. Mamadu Mbodj, 11. Evangelos Platellas, 26. Ömər Buludov, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı.
Baş məşqçi: Roberto Bordin.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Kamal Umudlu.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
"Kapital Bank Arena”.
 

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

8

7

1

0

18:2

22

2

Neftçi

9

5

2

2

15:8

17

3

Keşlə

9

4

3

2

11:5

15

4

Səbail

8

3

1

4

8:13

10

5

Sumqayıt

9

3

1

5

9:13

10

6

Zirə

9

2

3

4

8:14

9

7

Sabah

9

1

4

4

8:10

7

8

Qəbələ

9

1

3

5

5:17

6

Bombardirlər

Lorenzo Frutos (Keşlə) - 5. İsmayıl İbrahimli (Qarabağ), Stiven Monroz (Neftçi), Mehdi Şərifi (Sumqayıt) - 4. Mirabdulla Abbasov (Səbail), Mahir Emreli (Qarabağ), Ağabala Ramazanov (Səbail), Maqaye Qeye (Qarabağ), Amadu Diallo (Sabah), Emin Mahmudov (Neftçi), Baqali Dabo (Neftçi) - 3.

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər