“Qarabağ”ın rəqibində koronavirus aşkarlandı

“Qarabağ”ın rəqibində koronavirus aşkarlandı

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"la qarşılaşacaq Kiprin AEL komandası Bakı səfəri öncəsi koronavirus testi verib.

Fanat.Az xəbər verir ki, futbolçulardan birinin analiz nəticəsi müsbət çıxıb. İnfeksiya aşkarlanan oyunçunun adı açıqlanmayıb.

Qeyd edək ki, Limassol təmsilçisi Azərbaycan paytaxtına sabah gələcək. Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - AEL matçı saat 20:00-da başlayacaq. İlk qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər